İrakli Kobaxidze Macarıstanın Baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata əsasən, tərəflər Gürcüstan və Macarıstan arasında mövcud olan dostluq münasibətləri və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı tərəflər həmçinin Gürcüstanın Avropa inteqrasiyası prosesində mövcud olan çağırışları da müzakirə ediblər.
Gürcüstan və Macarıstanın baş nazirləri arasındakı bu görüş Antaliya Diplomatiya Forumu çərçivəsində baş tutub.
mənbə: interpress