Qanunsuz silah saxlama və narkotiklərlə bağlı 6 nəfər saxlanılıb

Jul 23, 2025 - 11:44
 0  11
Qanunsuz silah saxlama və narkotiklərlə bağlı 6 nəfər saxlanılıb

Tbilisi, Mərkəzi Cinayət Polisi, Şida Kartli, Sameqrelo-Yuxarı Svaneti və İmereti polis idarələrinin əməkdaşlarının son dövrdə həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı aşkar edilərək götürülüb, ümumilikdə 6 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin bildirdiyinə görə, saxlanılan şəxslər aşağıdakılardır:

– 1960-cı il təvəllüdlü A.G.,

– 1982-ci il təvəllüdlü G.G.,

– 1999-cu il təvəllüdlü L.G.,

– əvvəl məhkum olunmuş 1987-ci il təvəllüdlü Z.Q.,

– 1978-ci il təvəllüdlü G.D. və

– 1994-cü il təvəllüdlü, hal-hazırda şərti cəza altında olan İ.A.

Həmin şəxslərin üzərinə, yaşadıqları evlərə və həyətyanı sahələrə baxış zamanı müxtəlif tipli odlu silahlar, döyüş sursatı, tapançalar, revolverlər, ov tüfəngləri, daraqlar, patronlar və narkotik vasitələr maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar Cinayət Məcəlləsinin 236-cı (qanunsuz silah saxlama), 260-cı (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 265¹-ci maddələri ilə aparılır. Cinayətlər 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

mənbə: interpress