Bu gün Tbilisidə yürüş keçiriləcək
Bu gün Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir” yürüşü keçiriləcək
Bu gün Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir” yürüşü keçiriləcək.
Təşkilatçılar bildiriblər ki, vətəndaşlar paytaxtın beş fərqli yerində toplaşacaq.
Xüsusilə, saat 17:00-dan etibarən yürüş iştirakçıları Respublika Meydanı, Qəhrəmanlar Meydanı, 300 Araqveli Obelisk (Ortaçala), Marcanişvili Meydanı, Amaqaleba və Asatiani küçələrinin kəsişməsində (Mtatsminda) toplaşaraq Azadlıq Meydanına yürüş edəcəklər və burada yekun tədbiri keçiriləcək.
“Tarixi şansı əldən verməyəcək Gürcüstan, birlik və inkişafı seçən Gürcüstan, əcdadlarına və gələcək nəsillərinə xəyanət etməyən Gürcüstan, Avropa İttifaqını və işıqlı gələcəyi seçən Gürcüstan oktyabrın 20-də toplanır. Gürcüstan Avropa İttifaqını seçir!”- təşkilatçıların sosial şəbəkədə yaydıqları məlumatda deyilir.
mənbə: interpress