Valensiya üzərində "alovlu" səma görənləri qorxutdu-Video
Oktyabrın sonu - noyabrın əvvəlində daşqınlara görə fəlakətlə üzləşən Valensiyada (İspaniya) daha bir təbiət hadisəsi insanları həyəcanlandırıb. Belə ki, şəhərin üzərindəki səma görənləri öz qorxunc görünüşü ilə şoka salıb.
Xeber.ge xəbər verir ki,
Videoda şəhər qeyri-adi formalı, od rəngli bulud örtüyü ilə əhatə olunub, sanki şəhər alovlar içindədir.
Meteoroloqlar bu fenomeni böyük daşqından sonra atmosfer sirkulyasiyasının xüsusiyyətləri ilə izah edirlər, lakin bir çox sakinlər bunu mistik əlamət kimi qiymətləndiriblər.
mənbə: oxu.az