Texniki Universitetin əməkdaşı ağır cinayətdə ittiham olunur
Gürcüstan Texniki Universiteti (GTU) həyat yoldaşının azyaşlı nəvələrinə qarşı cinsi zorakılıq törətməkdə ittiham olunaraq saxlanılan 66 yaşlı əməkdaşı ilə bağlı rəsmi bəyanat yayıb. Universitet rəhbərliyi həmin şəxsin səlahiyyətlərinin dərhal dayandırıldığını bildirib.
Xeber.ge xeber verir ki,
Ali təhsil müəssisəsi azyaşlılara qarşı törədilmiş bu dəhşətli cinayət faktını kəskin şəkildə pisləyib:
"Gürcüstan Texniki Universiteti hər növ zorakılığı, xüsusən də azyaşlıların hüquqlarının pozulmasını qətiyyətlə pürur. Belə əməllər humanizm və insanlıq prinsiplərinə tamamilə ziddir. Təqsirləndirilən şəxs barəsində hüquqi proses başladığı andan etibarən daxili nizamnaməyə uyğun olaraq onun səlahiyyətləri dayandırılıb."
Bəyanatda universitetin günahsızlıq prezumpsiyasına hörmətlə yanaşdığı, lakin işin obyektiv və şəffaf araşdırılması üçün hüquq-mühafizə orqanları ilə tam əməkdaşlığa hazır olduğu vurğulanıb. Rəhbərlik həmçinin qeyd edib ki, universitetin hər bir üzvünün (professor, tələbə və ya inzibati işçi) şəxsi həyatı barədə əvvəlcədən tam məlumata malik olması qeyri-mümkündür.
Xatırladaq ki, 66 yaşlı kişinin öz həyat yoldaşının azyaşlı nəvələrinə təcavüz etməsi və digər cinsi xarakterli zorakı hərəkətlər törətməsi barədə məlumat aprelin 15-də yayılıb. DİN-in Azyaşlıların İşləri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla şübhəli şəxs saxlanılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam edir.