Telavidə piyadanı avtomobil vurub

Apr 18, 2026 - 19:28
 0  13
Telavidə piyadanı avtomobil vurub

Gürcüstanın Kaxeti bölgəsinin mərkəzi Telavi şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Vardoşvili və Ketevan Tsamebuli küçələrinin kəsişməsində minik avtomobili yaşlı qadını vurub.

Xeber.ge xeber  verir ki, hadisə piyada yolu keçmək istəyərkən qeydə alınıb.

  İlkin məlumatlara əsasən, təxminən 75 yaşlarında olan qadın işıqforun yaxınlığında yolu keçməyə cəhd edərkən hərəkətdə olan nəqliyyat vasitəsi tərəfindən vurulub. Zərbənin gücündən ağır xəsarətlər alan piyada dərhal ərazidəki klinikalardan birinə çatdırılıb. Həkimlər yaralının bədənində çoxsaylı xəsarətlərin olduğunu bildirirlər.

  Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalara başlanılıb. Hazırda hadisənin dəqiq səbəbləri və sürücünün məsuliyyəti məsələsi hüquq-mühafizə organları tərəfindən araşdırılır. "Tabula" nəşri nazirlikdən əlavə detalları dəqiqləşdirməyə çalışır.