Tbilisida qadına zorakılıq göstərən şəxs saxlanılıb

Apr 19, 2026 - 11:57
 0  11
Tbilisida qadına zorakılıq göstərən şəxs saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi   zorakılıq və hədə-qorxu gəlməkdə ittiham olunan bir nəfəri saxlayıb. Saxlanılan şəxs rəfiqəsinə qarşı dəfələrlə fiziki təzyiq göstərməkdə şübhəli bilinir.

Xeber.ge xeber  verir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Q.D. adlı şəxs

şübhəli şəxs qismində yaxalanıb.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs öz rəfiqəsi olan 1984-cü il təvəllüdlü E.Ç.-yə bir neçə dəfə fiziki təhqir (zorakılıq) yetirib. Bundan əlavə, o, qadını öldürməklə hədələyərək ona qarşı psixoloji təzyiq göstərib.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (Zorakılıq) və 151-ci (Öldürməklə, sağlamlığa zərər vurmaqla və ya əmlakı məhv etməklə hədələmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.