Gürcüstanda gizli görüntülərlə şantaj edən şəxsə ittiham irəli sürülüb

Apr 19, 2026 - 12:03
 0  11
Gürcüstanda gizli görüntülərlə şantaj edən şəxsə ittiham irəli sürülüb

Gürcüstan Baş Prokurorluğu şəxsi həyatın gizliliyini pozma və cinsi əlaqəyə məcbur etmə faktları üzrə bir nəfərin saxlanılması barədə məlumat yayıb. Təqsirləndirilən şəxs zərərçəkmişə məxsus gizli görüntülərlə ona şantaj tətbiq etməkdə ittiham olunur.

Xeber.ge xeber  verir ki,  istintaq çərçivəsində ağır cinayət faktları üzə çıxarılıb.

  İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs hədə-qorxu yolu ilə zərərçəkmiş şəxsin şəxsi həyatının gizliliyini əks etdirən videoçəkilişləri qanunsuz olaraq ələ keçirib. Daha sonra o, həmin görüntüləri yayacağı ilə hədələyərək zərərçəkmişi özü ilə cinsi əlaqəyə girməyə və digər cinsi xarakterli hərəkətlər etməyə məcbur edib.

  Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb:

  • 157-ci (prim) maddənin 1-ci hissəsi — Şəxsi həyatın gizliliyini qanunsuz olaraq əldə etmə və istifadə etmə;
  • 139-cu maddənin 1-ci hissəsi — Cinsi əlaqəyə və ya digər cinsi xarakterli hərəkətlərə məcbur etmə.

Bu maddələr üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

  Prokurorluq yaxın vaxtlarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək. Hazırda istintaq tədbirləri davam etdirilir.