Gürcüstandakı etirazlar nə vaxt dayanacaq?

Dec 17, 2024 - 20:13
 0  48
Gürcüstandakı etirazlar nə vaxt dayanacaq?

Gürcüstan tarixində növbəti dəfə ağır dönəmdən keçir. Müxalifət hakimiyyəti devirmək üçün artıq bir neçə həftədir küçələrdədir. 

Ötən həftə Mixeil Kavelaşvili Gürcüstanın yeni prezidenti seçilib. Yeni seçilmiş prezident dekabrın 29-da and içəcək. Hazırkı prezident Solome Zurabişvili isə hakimiyyəti tərk etməyəcəyini bildirib.

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze,  Gürcüstan tarixində misli görünməmiş bir şey baş verir:

“Ölkə prezidenti hökümətə qarşı hərəkətlərdə birbaşa iştirak edir. Bu o deməkdir ki, birbaşa qanunsuzluğu və zorakılığı təbliğ edir. 

Son günlər Tbilisinin mərkəzində baş verən bütün zorakı hərəkətlər başdan sona kimi dörd radikal müxalifət partiyası, onların liderləri və sponsorları tərəfindən idarə olunur və maliyyələşdirilir. Buna görə də bu partiyaların rəhbərləri xəsarət alan polislərə və ya etirazçılara görə məsuliyyət daşıyır.

Diqqət etmiş ola bilərdiniz ki, etirazçılar polisə müqavimət göstərsə də, polis tərəfindən heç bir qisas təcavüzü olmayıb.

Bəyanatlarında hüquq-mühafizəçilərini "İvanişvilinin qüvvələri", xalqın seçdiyi hakimiyyəti "repressiv Rusiya rejimi" adlandırırlar, sonra da yeni seçkilərə hazırlıqdan "razılıq"dan danışırlar. 

Bütün bunlardan sonra inanmıram ki, iqtidar onlara və müxalifətə danışıqlar aparmağa vaxt sərf edəcək. Ona görə də yaxın zamanda bu olanların dayanmağını ümid edirik”.

mənbə: modern