Tbilisidə qadın futbolçunun zorlanması işi: Təqsirləndirilən Türkiyə vətəndaşı bəraət alaraq sərbəst buraxılıb

Sep 22, 2026 - 20:38
 0  10
Tbilisidə qadın futbolçunun zorlanması işi: Təqsirləndirilən Türkiyə vətəndaşı bəraət alaraq sərbəst buraxılıb

Bu gün Tbilisi Şəhər Məhkəməsində səs-küylü proses olub. Belə ki, hakim gürcü futbolçu qadını zorlamaqda təqsirləndirilən Türkiyə vətəndaşını təqsirsiz bilərək məhkəmə zalından azadlığa buraxıb. Prosesdə ehtimal olunan qurban – 20 yaşlı qız da iştirak edirdi.

XEBER.GE  "TV Pirveli"nin verdiyi məlumata görə, hakimin qərarı onun üçün o qədər gözlənilməz olub ki, o, məhkəmə zalında huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım briqandasının çağırılması zərurəti yaranıb. 20 yaşlı qız zaldan xərəkdə çıxarılıb.

Gənc qadın iddia edir ki, futbol klublarından birinin sahibi onu yaşayış evində zorlayıb.

İş materiallarına əsasən, futbol klublarından birinin sahibi korporativ tədbirdən sonra əməkdaşlara evlərinə çatdırılma təklif edib. O, hamını evlərinə apardıqdan sonra maşında tək qalan 20 yaşlı qızı aldatmaqla evə qaldırıb, azadlığını qanunsuz olaraq məhdudlaşdırıb və ona qarşı seksual zorakılıq töradıb.

Sportçu qız baş verənlərdən bir neçə saat sonra hüquq-mühafizə orqanlarına müraciət edib, bundan sonra Türkiyə vətəndaşına qandallar taxılıb. İşdə zərərçəkənin ağır ifadəsi var – gənc qadın müstəntiqlərə baş verənləri təfərrüatlı şəkildə danışır.

Ehtimal olunan qurbanın vəkilinin sözlərinə görə, 9 ay ərzində təqsirləndirilən şəxs 20 yaşlı qıza dəfələrlə adam göndərərək, əgər o, prosessual sövdələşməyə razılaşarsa, ona yarım milyon ödəyəcəyini təklif edib. Bundan əlavə, hüquq müdafiəçisi bildirir ki, zərərçəkən təqsirləndirilən şəxs tərəfindən dəfələrlə psixoloji təzyiqə məruz qalıb.

"İttiham vəzifə mövqeyindən istifadə etməklə, həmçinin gender əlaməti üzrə dözümsüzlük motivi ilə zorakılıq törədilməsi idi. Qız tərəfindən polisə müraciət dərhal, bir neçə saat ərzində baş vermişdi. Zərərçəkən işlə təmin olunmuşdu, zorakılıq edən şəxs isə bu təşkilatın mülkiyyətçisi, onun rəhbər şəxsi idi.

Bu müddət ərzində müdafiə tərəfindən zərərçəkənin pul götürməsi ilə bağlı dəfələrlə hallar olub. Müdafiə tərəfi zərərçəkənin rəhbərə niyə belə bir şey şər atmasının hər hansı bir motivini göstərə bilmədi. Müdafiə tərəfi daim çalışırdı ki, zərərçəkən pul götürsün. Onun dostları ilə əlaqə saxlayıblar. Zərərçəkənin prosessual sövdələşməyə razılaşması üçün onun dostuna yarım milyon təklif etmişdilər", – deyə 20 yaşlı qızın vəkili bildirir.