ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Departamenti “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edir.
Bu barədə ABŞ Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) bəyanat yayıb.
Açıqlamaya görə, "Rusiyaya bağlı şəxs kimi Bidzina İvanişvili və onun nəzarətində olan şirkətlər sanksiyalar nəticəsində bir sıra məhdudiyyətlərə məruz qalır. Məhdudiyyətlər İvanişvilinin sahibi olduğu hər hansı şirkətin iştirak etdiyi bütün birbaşa və ya dolayı yolla, fərdi və ya qrup şəklində nəzarət etməsindən, 50 % və ya daha çoxuna sahib olmasından asılı olmayaraq, bütün əməliyyatlara şamil edilir”.
mənbə: interpress