Tbilisi Moskvanı etirazlarda 15 vətəndaşını saxlaması barədə məlumatlandırıb
Gürcüstan tərəfi Tbilisidəki etirazlarda 15 Rusiya vətəndaşının saxlanılması barədə Moskvanı məlumatlandırıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, 10 dekabr tarixinə qədər onlardan 13-ü azad edilib, iki nəfər isə müvəqqəti saxlanma yerində inzibati həbsdədir.
"Onların azad olunma tarixi məhkəmənin qərarına uyğun – müvafiq olaraq 11 və 13 dekabrdır”, – deyə məlumatda bildirilir
mənbə: report