Zurabişvilinin sarayının qarşısına qatar qoydular
Gürcüstan prezidentinin sarayının qarşısına bələdiyyə orqanları tərəfindən qatar qoyulub.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Orbeliani meydanında, sarayın qarşısında mənimçün qatar qoyublar. Görək kim gedəcək!” - Zurabişvili bildirib.
Gürcü mətbuatının məlumatına görə, qatar həqiqi deyil, ola bilsin ki, Tiflis meriyası tərəfindən Yeni il ərəfəsində quraşdırılan bayram tədbiri ilə əlaqədardır.
mənbə: axar