Gürcüstandan 121 əcnəbi deportasiya edilib
Son bir ay ərzində Gürcüstandan 121 nəfər xarici ölkə vətəndaşı çıxarılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Çad, Kot-d’İvuar, Rumıniya, Rusiya, Nigeriya və digər ölkələrin vətəndaşları olan həmin şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Qeyd edək ki, Gürcüstandan əcnəbilərin qovulmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.
mənbə: apa