“Bidzina İvanişviliyə qarşı qeyri-rəsmi sanksiyalar artıq üç ildir tətbiq olunur”

Sep 27, 2025 - 16:44
 0  12
“Bidzina İvanişviliyə qarşı qeyri-rəsmi sanksiyalar artıq üç ildir tətbiq olunur”

Bidzina İvanişviliyə qarşı artıq üç ildir qeyri-rəsmi sanksiyalar mövcuddur, onun hesabları dondurulub və buna baxmayaraq, heç kim dövlət maraqlarına zidd addım atdıra bilməyib.

Bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.

“Bu səbəbdən, təbii ki, Bidzina İvanişvili buna görə narahat deyil,” – deyə hökumət başçısı jurnalistin sualını cavablandırarkən bildirib.

Kobaxidzenin sözlərinə görə, bu qətnamə faciəvi hadisədir və Avropa bürokratiyasında mövcud olan faciəvi vəziyyətin göstəricisidir.

“Qətnamədə yazılıb ki, Saakaşvili hələ də ölür və Gürcüstanda avtoritar idarəçilik var. Bu, sizin suallarınızdan da daha qeyri-ciddi sənəddir. Fransada təşəbbüs edilən bu qətnamə faciəvi hadisədir və Avropa bürokratiyasında mövcud faciəvi vəziyyəti göstərir,” – deyə Baş nazir əlavə edib.

mənbə: Intrepress.ge