Viza rejiminin ləğvindən sonra Aİ-dən pul köçürmələri 414 milyon dollardan 1,4 milyard dollara yüksəlib

Viza rejiminin ləğvindən sonra Avropa İttifaqından Gürcüstana göndərilən pul köçürmələrinin həcmi artıb. Bu ilin ilk 6 ayında Aİ-dən Gürcüstana köçürmə şəklində 764 milyon dollardan çox vəsait daxil olub.
Gürcüstan vətəndaşlarının 2017-ci ilin martından etibarən Aİ ölkələrinə vizasız səfər etmə imkanı əldə etməsindən sonra pul köçürmələrinin həcmi davamlı şəkildə artıb. Əgər 2017-ci ildə pul köçürmələrinin ümumi həcmi təxminən 414 milyon dollar idisə, ötən il bu rəqəm 1,4 milyard dolları keçib. Eyni zamanda, pul köçürmələrində Avropa İttifaqının payı da artıb. Məsələn, 2017-ci ildə ümumi köçürmələrdə Aİ-nin payı 30% idisə, ötən il bu göstərici 43%-ə yüksəlib.
Avropa İttifaqından daxil olan pul köçürmələri:
- 2017 – 414,1 milyon dollar
- 2018 – 534 milyon dollar
- 2019 – 647,1 milyon dollar
- 2020 – 763,5 milyon dollar
- 2021 – 955,6 milyon dollar
- 2022 – 1,1 milyard dollar
- 2023 – 1,3 milyard dollar
- 2024 – 1,4 milyard dollar
Gürcüstan üçün vizasız rejimin ləğvi məsələsi 15 iyuldan etibarən aktuallaşıb. Buna səbəb Avropa Komissiyasının Gürcüstan tərəfinə göndərdiyi məktubdur. Məktubda qeyd olunur ki, Gürcüstana verilən vizasız rejim bir imtiyazdır və bu imtiyaz ləğv oluna bilər, əgər Gürcüstan avqustun sonunadək vizasız rejimin davam etdirilməsi üçün 2024-cü ilin dekabrında hazırlanacaq hesabatda göstərilən şərtləri yerinə yetirməzsə.
Bundan əvvəl Brüsseldə sanksiya məsələsi də yenidən gündəmə gəlmişdi. Avropa Komissiyasının son təklifi iki gürcü hakimin aktivlərinin dondurulması və Aİ-yə girişinə qadağa qoyulması idi. Lakin Macarıstan və Slovakiya görüşdən əvvəl bildirdilər ki, bu sanksiyaları dəstəkləməyəcəklər.
Qeyd edək ki, 2017-ci il martın 28-dən etibarən Gürcüstan vətəndaşları Şengen zonası ölkələrinə vizasız səyahət edə bilirlər.
mənbə: marneulifm