Kaxetidə azyaşlı uşaq dünyasını dəyişib

Apr 3, 2025 - 14:53
 0  26
Kaxetidə azyaşlı uşaq dünyasını dəyişib
: :
playing

Kaxetidə azyaşlı uşaq dünyasını dəyişib.

Məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Hadisə ilə bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 115-ci maddəsi (intihara səbəb olma) üzrə başlanılıb.

Hadisə ilə bağlı "Amonaşvili Akademiyası" açıqlama verib və məsuliyyəti valideynin üzərinə qoyub. Ailənin mövqeyi hələlik məlum deyil. Məlumata görə, ailə xaricdən konfransa gəlibmiş.

Açıqlamada bildirilir ki, "Mzianeti Təhsil Mərkəzində" ötən həftəsonu pedaqogika üzrə beynəlxalq konfrans keçirilirdi. Burada müxtəlif ölkələrdən pedaqoqlar, psixoloqlar və məktəb rəhbərləri iştirak edirdi. Qeyd olunur ki, konfrans "Amonaşvili Akademiyası" tərəfindən təşkil edilməmişdi.

Mərkəzin sözlərinə görə, xəbərdarlığa baxmayaraq, konfrans iştirakçılarından biri azyaşlı övladı ilə birlikdə gəlib:

"Valideyn bilirdi ki, təşkilat uşağa görə məsuliyyət daşıya bilməzdi. Valideynin laqeydliyi səbəbindən konfrans zamanı uşaq nəzarətsiz qalıb və otelin ərazisindəki su hövzəsinə düşüb. Mərkəzin bütün əməkdaşları uşağı xilas etmək üçün əllərindən gələni etdilər, lakin təəssüf ki, uşağın həyatını xilas etmək mümkün olmadı. Konfrans dayandırıldı. Konfrans iştirakçılarının hamısı baş verən hadisədən dərin kədər hissi keçirir.

Qeyd etmək istərdik ki, konfrans "Amonashvilinin Akademiyası" tərəfindən təşkil olunmamışdı. Akademiyamızın bir neçə əməkdaşı tədbirdə iştirak edirdi, lakin təşkilatın bu tədbirlə başqa heç bir əlaqəsi yox idi. Xahiş edirik, ailəmizin hər bir üzvünün vəziyyətinə anlayışla yanaşasınız", – deyə açıqlamada bildirilir.

mənbə: marneulifm