Gürcüstan ən uğurlu Avropa ölkəsidir
 
                                Gürcüstan ən uğurlu Avropa ölkəsidir. Mən bu cür uğurlu digər ölkə tanımıram.
Bunu Macarıstanın Baş naziri Viktor Orban Kopenhagendə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstan siyasi cəhətdən sabit ölkədir və iqtisadiyyatı sürətlə inkişaf edir.
“Avropaya uğurlu ölkələr lazımdır, çünki təəssüflər olsun ki, bir çox ölkələrin iqtisadiyyatları durğunluqdadır. Avropa İttifaqında Gürcüstan kimi ölkəyə ehtiyac var”, - V.Orban söyləyib.
mənbə: apa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            