Sağlamlığa qəsdən zərər vuran gənc saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori idarəsinin əməkdaşları, sağlamlığa qəsdən az ağır zərər vurma ittihamı ilə 2003-cü il təvəllüdlü Q.Ts.-ni saxlayıblar.
Xeber.ge xeber verir ki,
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində Q.Ts. cinayəti törətdikdən qısa müddət sonra şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 118-ci maddəsinin birinci hissəsi (sağlamlığa qəsdən az ağır zərər vurma) ilə istintaq aparılır. Bu maddə 4 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.