Marneulidə İnterpol tərəfindən "Qırmızı bülleten"lə axtarılan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları, İnterpol tərəfindən "Qırmızı bülleten"lə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı — 1986-cı il təvəllüdlü M.İ.-ni saxlayıblar.
Xeber.ge xeber verir ki,
qurumun məlumatına görə, saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən 2025-ci ilin dekabr ayından etibarən qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində M.İ.-ni Marneuli şəhərində yaxalayıblar.
Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.