Keçmiş ədliyyə naziri Anri Oxanaşviliyə dövlət mühafizəsi təyin edilib

Sep 22, 2025 - 15:07
 0  27
Keçmiş ədliyyə naziri Anri Oxanaşviliyə dövlət mühafizəsi təyin edilib

Keçmiş ədliyyə naziri Anri Oxanaşviliyə dövlət mühafizəsi təyin edilib.

Hökumətin qərarı artıq dərc olunub.

Məlumat üçün bildirək ki, “Dövlət Mühafizəsi Xüsusi Xidməti haqqında” qanuna əsasən, hökumətin qərarı ilə şəxsi mühafizə vəzifədə olan şəxslərə və onların ailə üzvlərinə vəzifə müddətinin bitməsindən və ya vəzifədən ayrılmalarından sonra da təyin edilə və ya uzadıla bilər, əgər vəzifədən ayrılma konstitusiyanın 

pozulması və ya cinayət törətmə ilə bağlı deyilsə və müvafiq məlumatlar və ya xidmətlərdən alınmış məlumatlar onların və ya ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə olduğunu göstərirsə.


“Gürcüstanın keçmiş ədliyyə naziri Anri Oxanaşviliyə müvafiq şərtlərdən irəli gələrək, 10 sentyabr 2026-cı il tarixinədək, dövlət mühafizəsinin minimum standartlarına uyğun olaraq dövlətin mühafizəsi təyin edilsin. Mühafizə tədbirlərinin həyata keçirilməsini Dövlət Mühafizəsi Xüsusi Xidməti təmin etsin”, - hökumətin qərarında deyilir.

mənbə: marneulifm