"Rustaveli metro stansiyasının yaxınlığında polis iki nəfəri saxlayıb

"Rustaveli" metro- stansiyasının yaxınlığında polis iki nəfəri inzibati qaydada saxlayıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hər iki şəxs 173-cü və 174-prima maddələrilə saxlanılıb, bu maddələr polisə müqavimət göstərməyi nəzərdə tutur.
Əldə edilən məlumatlara əsasən, Rati Tkemaladze və Otar Kvaratsxeliya’nın həbs olunma səbəbi ehtimal ki, üzlərində "balaklava" və Bidzina İvanişvilinin şəkli olan maska taxmaqdır.
Qeyd edək ki, aksiya iştirakçıları məlumat yaymışdılar ki, naməlum şəxslər Rati Tkemaladze və Otar Kvaratsxeliya’yı naməlum istiqamətə aparıblar.
mənbə: interpress