Marneuli-Qızılhacılı yolunda ağır avtomobil qəzası baş verdi

Marneuli-Qızılhacılı yolunun bir hissəsində ağır avtomobil qəzası qeydə alınıb.
Prius markalı avtomobil ötmə əməliyyatı həyata keçirən zaman qarşıdan gələn Mercedes-Benz markalı avtomobillə toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə Dövlət Yol Polisi, xilasetmə qrupu və təcili tibbi yardım briqadaları cəlb olunub.
Xəsarət alanlar Marneulidəki xəstəxanalardan birinə aparılıb. Faktla bağlı araşdırma aparılır.
mənbə: interpress