Qızıl biznesi adı ilə 11 nəfəri aldan şəxs tutuldu
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq tədbirləri nəticəsində külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən bir nəfər saxlanılıb.
XƏBƏR.GE xəbər verir ki, DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda vəsaiti qanunsuz mənimsəmək məqsədilə vətəndaşları aldadaraq qızıl məmulatları biznesinə investisiya qoyacaqları təqdirdə qazanılan mənfəəti onlarla bölüşəcəyinə inandırıb.
"Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində aldadaraq on bir zərərçəkəndən 707 975 lari və 296 000 ABŞ dolları ələ keçirib ki, bu da ümumilikdə külli miqdarda — 1 541 734 lari ziyan təşkil edib.
Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hakim qərarı əsasında saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi (9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan) üzrə aparılır".