Tbilisidə sərxosh oğul 86 yaşlı anasını öldürmək istədi
Tbilisidə ailə üzvünə qarşı xüsusi amansızlıqla törədilmiş ağır cinayətin üstü açılıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs alkoqolun təsiri altında olduğu zaman öz anasına — 1940-cı il təvəllüdlü N.D.-yə ağır fiziki xəsarətlər yetirib.
Yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda ona zəruri tibbi yardım göstərilir və vəziyyəti mürəkkəb olaraq qalır.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində L.K. hadisə törədiləndən qısa müddət sonra "isti izlərlə" yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prim (ailə üzvünə qarşı cinayət), 19-cu və 109-cu maddəsinin "k" bəndi (ailə üzvünü qəsdən öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.
Bu maddə üzrə təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.