Wizz Air Abu Dhabi fəaliyyətini dayandırır – Kutaisidən reyslər də dayandırılır

Jul 16, 2025 - 15:44
 0  29
Wizz Air Abu Dhabi fəaliyyətini dayandırır – Kutaisidən reyslər də dayandırılır

Aviaşirkət Wizz Air rəsmi olaraq elan edib ki, 1 sentyabrdan etibarən Wizz Air Abu Dhabi fəaliyyətini dayandırır.

Bu səbəbdən, Abu Dabi istiqamətində və Abu Dabidən uçuşlar artıq həyata keçirilməyəcək.

Bu xəbər Kutaisi Beynəlxalq Hava Limanına da aiddir – çünki oradan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabiyə uçuşlar 6 il ərzində həyata keçirilirdi.

Şirkət BƏƏ-dəki 6 illik fəaliyyətini başa vurur və qərarın səbəbi kimi aşağıdakı amilləri göstərir:

  • Geosiyasi qeyri-sabitlik, hava məkanının bağlanmasına səbəb olub;
  • Çox yüksək temperatur, bu isə mühərriklərin səmərəliliyinə birbaşa təsir göstərib;
  • Tənzimləyici maneələr, marşrutlara icazə almaqda çətinliklər yaradıb;


Əməliyyat məhdudiyyətləri, bu da aşağıbüdcəli iş modelini çətinləşdirib.

Şirkətin baş direktoru Yozsef Varadi bu qərarı “çətin, lakin zəruri” adlandırıb.

Məlumat üçün bildirilib ki, 1 sentyabrdan sonrakı tarixlərə bilet almış sərnişinlərə şirkət tərəfindən xüsusi bildiriş məktubları göndəriləcək. Bu məktublarda sərnişinlərə iki seçim təqdim olunacaq: Bilet üçün ödənilən məbləğin geri qaytarılması və biletin alternativ uçuşla dəyişdirilməsi.

mənbə: marneulifm