Xviça Kvaratsxeliya yenidən "Qızıl top"a namizəddir
Gürcüstan milli komandasının və "Pari Sen-Jermen"in futbolçusu Xviça Kvaratsxeliya 2026-cı il "Qızıl top" (Ballon d'Or) mükafatının 30 namizədi sırasındadır.
Namizədlərin siyahısı France Football və UEFA tərəfindən bu gün açıqlanıb.
XƏBƏR.GE xəbər verir ki, gürcü futbolçu karyerası ərzində ardıcıl üçüncü dəfə "Qızıl top" namizədləri arasında yer alıb. 2025-ci ildə Kvaratsxeliya yekun reytinqdə səkkizinci yeri tutmuşdu.
"Qızıl top"a namizəd göstərilənlər arasında həmçinin bu futbolçular var:
Cud Bellingem, Pau Kubarsi, Usman Dembele, Mark Kukurelya, Luis Dias, Bruno Fernandes, Erling Haaland, Qabriel Maqalyaes, Harri Keyn, Aşraf Hakimi, Lamin Yamal, Sadio Mane, Martin Odeqor, Lautaro Martines, Kilian Mbappe, Nunu Mendeş, Lionel Messi, Joau Neveş, Maykl Olise, Uilyam Paço, Xulian Kinyones, Deklan Rays, Rodri, Fabian Ruis, Uilyam Saliba, Ferran Torres, Dayo Upamekano, Vinisius Junior, Vitinya.
2026-cı il "Qızıl top" mükafatının sahibi oktyabrın 26-da Londonda keçiriləcək təqdimat mərasimində bəlli olacaq. Tədbir Böyük Britaniyanın paytaxtında ilk dəfə təşkil olunacaq.