Şartava küçəsindəki qətlin təfərrüatları məlum olub
Tbilisinin Şartava küçəsində baş vermiş səs-küylü qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. Hüquq-mühafizə orqanları cinayəti törətməkdə şübhəli bilinən şəxsi artıq həbs ediblər.
Xeber.ge xeber verir ki,
Qətlə yetirilən şəxs 31 yaşlı Davit Tsotsokolaurdur. Məlumata görə, cinayətkarlar avtomobil dayanacağında ona pusqu qurublar və gənc oğlan bıçaqla qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən Luka Laliaşvili "isti izlərlə" yaxalanıb.
Saxlanılan şəxs əvvəllər də məhkum olunub və həbsxananı cəmi bir neçə ay əvvəl tərk edib.
İstintaqın ilkin versiyasına görə, qanlı hadisəyə tərəflər arasında keçmişdə baş vermiş münaqişə səbəb olub.
Hadisə yerində gün ərzində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Şübhəli şəxsin kimliyi ərazidəki müşahidə kameralarının görüntüləri sayəsində qısa müddətdə müəyyən edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış istintaq davam edir.