Rusiya turoperatorları: Gürcüstana tələbat üç dəfə artıb
Rusiya turoperatorları 2026-cı ildə Gürcüstana səfər etmək istəyən rusiyalı turistlərin sayında kəskin artım müşahidə edirlər. Rusiya Turoperatorları Assosiasiyasının məlumatına görə, bir çox şirkətlərdə bu istiqamət üzrə tələbat ötən illə müqayisədə üç dəfə artıb.
APA-nın yerli bürosunun məlumatına görə, ötən il Gürcüstana 1,6 milyon Rusiya vətəndaşı səfər edib. Bu il isə sözügedən rəqəmin daha da artacağı gözlənilir.
Ucuz aviabiletlər və quru sərhədinin problemsiz keçilməsi.
Avropa ölkələri ilə müqayisədə Gürcüstanda qiymətlərin daha aşağı olması.
Gürcüstanlı ekspertlər turizm sektorunun Rusiyadan artan asılılığını kəskin tənqid edirlər. Onların fikrincə, bu vəziyyət sahənin düzgün inkişaf etdirilməməsinin nəticəsidir:
Dövlətin illər ərzində yüksək xərcləyən turistlərin cəlb edilməsi üçün lazımi investisiya və marketinq siyasətini qura bilməməsi.
Ölkəni işğal edən və təcavüzkar siyasət yürüdən bir dövlətdən turizm sektorunun yarıdan çoxunun asılı vəziyyətə düşməsi qeyri-sağlam ekosistem kimi qiymətləndirilir.
Aşağı xərcləyən rusiyalı turistlərin kütləvi axını, yüksək gəlirli Qərb turistlərini cəlb etməyə çalışan kiçik biznes sahələrinə və ölkənin ümumi turizm imicinə zərər vurur.
Mütəxəssislər qeyd edirlər ki, dövlətdən asılı olmayaraq Qərb bazarlarına çıxmağa çalışan sektor nümayəndələri bu xaotik və asılı vəziyyət səbəbindən ciddi çətinliklərlə üzləşirlər.