Polşada gürcüstanlılar arasında baş verən qarşıdurma ölümlə nəticələndi

Feb 23, 2025 - 11:23
 0  101
Polşada gürcüstanlılar arasında baş verən qarşıdurma ölümlə nəticələndi
: :
playing

Polşanın paytaxtı Varşavada baş verən dava nəticəsində bir Gürcüstan vətəndaşı həyatını itirib.

Hadisə şəhərin mərkəzində, Konstitusiya meydanında yerləşən gürcü restoranının qarşısında baş verib.

Şahidlərin sözlərinə görə, dava əvvəlcə restoranın içində başlayıb və daha sonra küçəyə – səkiyə keçib. Toqquşma zamanı soyuq silahdan da istifadə olunub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Onlardan biri ağır vəziyyətdə xəstəxanaya aparılıb, lakin döş qəfəsindən aldığı xəsarət səbəbindən 31 yaşlı kişi orada dünyasını dəyişib.

Varşava polisi hadisə ilə bağlı Gürcüstanın üç vətəndaşının saxlanıldığını bildirib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

mənbə: interpress