Rustavi-Lilo avtomobil yolunda qəza: Üç gənc həyatını itirdi-VİDEO
Rustavi-Lilo avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib.
Xeber.ge xəbər verir ki,
Qəza zamanı xəsarət alan daha 2 nəfər təcili olaraq "Rustavi" klinikasına yerləşdirilib. Xəstəxananın kliniki direktorunun verdiyi məlumata görə, yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır və o, süni tənəffüs aparatına qoşulub.
Məlumata görə, hadisədə daha bir minik avtomobili iştirak etsə də, həmin nəqliyyat vasitəsində olan sərnişinlər xəsarət almayıblar.
Hadisə yerinə çoxlu sayda patrul polisi və təcili yardım briqadaları cəlb olunub. Faktla bağlı istintaq aparılır, qəzanın başvermə səbəbləri araşdırılır.