Gürcüstanın ali təhsil diplomu artıq bu ölkədə də tanınacaq

Gürcüstan və Çin Xalq Respublikası arasında ali təhsili təsdiqləyən diplom və sertifikatların qarşılıqlı tanınması haqqında razılaşma qüvvəyə minib.
Bu barədə məlumat 9 iyun tarixli hökumət qərarında yer alıb.
Sənədə əsasən, “Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında ali təhsil səviyyəsinin və diplom/sertifikatların qarşılıqlı tanınması haqqında” razılaşma artıq təsdiqlənib.
Qərarda, həmçinin, Gürcüstan Xarici İşlər Nazirliyinə bir neçə öhdəlik tapşırılıb:
Gürcüstan Prezidentinə və Parlamentinə bu razılaşmanın bağlandığı barədə məlumat vermək;
Çin tərəfini Gürcüstan tərəfindən razılaşmanın qüvvəyə minməsi üçün zəruri daxili dövlət prosedurlarının başa çatması barədə rəsmi şəkildə məlumatlandırmaq.
Qeyd olunan sənəd Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən imzalanıb.
mənbə: interpress