Keçmiş sinif yoldaşları arasında başlayan mübahisə qətllə nəticələndi

Jun 10, 2025 - 22:25
 0  76
Keçmiş sinif yoldaşları arasında başlayan mübahisə qətllə nəticələndi
: :
playing

Qori bələdiyyəsinin Meçvrisxev kəndində keçmiş sinif yoldaşları arasında baş verən mübahisə qanlı insidentə çevrilib.

47 yaşlı Vitali Cocişvili həmkəndlisi və sinif yoldaşı Giorgi Teraşvili tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. Cinayət zamanı mərhumun boğaz nahiyəsinə bir neçə dəfə atəş açılıb.

İlkin məlumatlara görə, hadisənin motivi keçmişdə tərəflər arasında yaşanan mübahisə olub. Gürcüstan Daxili İşlər Nazirliyi cinayətin törədildiyi silahı – ov tüfəngini maddi sübut kimi götürüb.

Aydınlaşdırılıb ki, Teraşvili ümumi tanışlarının evinə gələrək əvvəlcə Cocişvilini təhqir edib, daha sonra isə ona bir neçə dəfə atəş açıb. Məlumata görə, cinayətdə təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Atışmadan sonra Teraşvili hadisə yerindən qaçmağa çalışıb. Qonşular dərhal təcili tibbi yardım çağırıblar, lakin həkimlər boğazından ağır yaralanan şəxsin həyatını xilas edə bilməyiblər. Mərhumun həyat yoldaşı və üç azyaşlı övladı qalıb.

mənbə: interpress