Cuanşer Burçuladзe ilə yeni prosessual saziş bağlandı

Sep 14, 2026 - 14:03
 0  3
Cuanşer Burçuladзe ilə yeni prosessual saziş bağlandı

Keçmiş müdafiə naziri Cuanşer Burçuladзe ilə daha bir prosessual saziş imzalanıb.

Bu dəfə söhbət onun 10 il müddətinə azadlıqdan məhrum edildiyi işdən gedir.

XEBER.GE xeber  verir ki, prosessual sazişlər, həmçinin onun keçmiş müavini Giorgi Xaindrava və Burçuladзenin qayınatası  Vasil Mxeyidze ilə də bağlanıb.

İşin prokuroru Ani Lekiaşvili "TV Pirveli" ilə söhbətində bildirib ki, prosessual sazişin şərtlərindən biri kimi Qaribaşvilinin işi ilə əlaqədar əməkdaşlıq müəyyən edilib.

"Gürcüstan qanunvericiliyinə əsasən, prosessual saziş zamanı təqsirləndirilən və ya məhkum olunmuş şəxsin etirafı mövcuddursa, əlbəttə ki, ittiham və müdafiə tərəfi cəza və o cümlədən əməkdaşlıq barədə razılığa gələ bilər. Verilmiş halda hər iki şərt yerinə yetirilmişdi, müvafiq olaraq tərəflər həm cəza, həm də əməkdaşlıq üzrə razılığa gəldilər .

Konkret cinayət işi üzrə əməkdaşlıq prosessual sazişin şərtlərindən biri kimi müəyyən edildi, lakin bununla yanaşı, tərəflər həm də cəza barədə razılığa gəldilər ki, bu da hər üç halda, o cümlədən azadlıqdan məhrumetmə, eləcə də cərimə, əmlakın müsadirə olunması, o cümlədən Cuanşer Burçuladзenin halında öz əksini tapdı", – deyə prokuror bildirib.

Prosessual sazişə əsasən, Burçuladзeyə cəza qismində 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib, bunun 3 ilini cəçatçetmə müəssisəsində çəkəcək, 2 ili isə şərti olaraq, eyni sınaq müddəti ilə hesablanacaq. O, həmçinin 1 000 000 lari məbləğində cərimələnib və müxtəlif növ əmlakı müsadirə olunub.

Vasil Mxeyidzeyə 4 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib, bunun 1 il 2 ayını cəzaçəkmə müəssisəsində çəkəcək, 3 ili isə şərti olaraq, eyni sınaq müddəti ilə hesablanacaq. Bundan əlavə, o, 100 000 lari məbləğində cərimələnib və maddi sübut kimi götürülmüş əşyalar – bir neçə milyon dəyərində aksizsiz siqaret və onun istehsalı üçün mövcud olan materiallar, eləcə də tütün müsadirə olunacaq.

Giorgi Xaindravaya isə 4 il 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, bunun 1 il 2 ayını cəzaçəkmə müəssisəsində çəkəcək, 3 ili isə şərti olaraq, eyni sınaq müddəti ilə hesablanacaq. O da 100 000 lari məbləğində cərimələnib.