“Tanınmıram, amma Gürcüstandakı korrupsiya təcrübələrini araşdıracağam”

Böyük Britaniyanın xarici işlər naziri David Lammy, parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edərkən, deputat Philip Brickell tərəfindən Gürcüstanla bağlı sualla üzləşib. Brickell, “Gürcü Arzusu”nun bəzi üzvlərinin Böyük Britaniyanın Virgin Adalarında gizli maliyyə aktivləri saxlaması barədə suala aydınlıq istəyib.
Brickellin sualı və vurğuladığı məsələlər:
Philip Brickell, “Gürcü Arzusu”nu pro-Rusiya partiyası adlandıraraq bildirib: “Siz illərdir Londonu dünyanın antikorrupsiya paytaxtına çevirmək üçün çalışırsınız və bu təqdirəlayiqdir.
Amma belə bir vəziyyətdə, Gürcüstanda hakim partiyanın liderləri, vətəndaş cəmiyyətinə təzyiq göstərərkən və insan hüquqlarını pozarkən, Britaniyanın Virgin Adalarında qeydiyyatdan keçmiş şirkətlərdən öz var-dövlətlərini gizlətmək üçün istifadə edirlər.
Həmin adalar hələ də benefisiar sahiblərin açıq reyestrini yaratmaq öhdəliyini yerinə yetirməyib.”
Brickell əlavə edib ki, 2018-ci ildə qəbul edilmiş sanksiya və pul yuyulmasına qarşı qanuna baxmayaraq, bu reyestr 2020 və 2023-cü illərdə də yaradılmayıb və sual verib: “Bu vəziyyət dünyaya hansı mesajı verir?”
David Lammy bildirib ki, “Bu, çox pis bir mesajdır”.
O, əlavə edib ki, gələn il qanunsuz maliyyə axınları ilə bağlı beynəlxalq konfrans planlaşdırılır. Gürcüstandakı korrupsiya təcrübələrinə hələlik ətraflı bələd olmadığını, amma mütləq araşdıracağını və məsələnin Britaniya Virgin Adaları qarşısında qaldırılacağını bəyan edib.
• Transparency International – Gürcüstan bu ilin yanvarında bildirmişdi ki, Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq olunacağı təqdirdə, onun ailəsinə məxsus ofşor şirkətlərin böyük hissəsi zərər görəcək.
• Bu şirkətlər əsasən Britaniyanın Virgin və Kayman adalarında qeydiyyatdan keçib.
Britaniyalı deputat James McClure (Liberal Demokratlar) də “Azadlıq Radiosuna” müsahibəsində bildirmişdi:
“İvanişvili üçün London təkcə sərvətini saxlamaq yeri deyil, o, öz təbliğatını da buradan maliyyələşdirir. Bu, ciddi təhlükədir və biz demokratik dövlət olaraq buna göz yummayacağıq.”
Britaniya hökumətinin reaksiyası:
1 iyul 2025 – Böyük Britaniyanın Xarici İşlər Nazirliyi, Gürcüstanın Londondakı diplomatik nümayəndəsini çağıraraq: Gürcüstan hakimiyyətinin Böyük Britaniya və digər tərəfdaşlara qarşı əsassız ittihamlarına və açıq hücumlarına görə rəsmi etiraz bildirmişdi.
11 iyun 2025 – Böyük Britaniya səfirliyi bəyan etdi ki, “Qrantlar haqqında qanuna” dəyişikliklər səbəbilə, Gürcüstanda seçki şəffaflığını dəstəkləyən bəzi planlaşdırılmış qrant proqramlarını ləğv etmək məcburiyyətində qaldı.
12 iyun – Parlamentin spikeri Şalva Papuaşvili bu ləğvi belə şərh edib:
“Britaniya səfirliyi təbliğat və radikallaşmanı maliyyələşdirmək istəyirdi. İndi isə onların artıq razılıq alması tələb olunur.”
mənbə: marneulifm