Qrup şəklində zorakılıq ittiham ilə səkkiz nəfər saxlanıldı - VİDEO
Kaxeti Polis İdarəsinin əməkdaşları isti izlərlə apardıqları operativ-axtarış və istintaq tədbirləri nəticəsində qrup halında zorakılığın təşkili, qrup şəklində zorakılıq və qəsdən ağır bədən xəsarəti yetirmə faktları üzrə 8 nəfəri saxlayıblar.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bu cinayətlərə görə 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Saqareco bələdiyyəsində qisas məqsədilə 1970-ci il təvəllüdlü G.G.-yə qarşı əvvəlcədən təşkil olunmuş qrup halında fiziki zorakılıq tətbiq ediblər. Eyni insident zamanı onlar atəş açaraq 1994-cü il təvəllüdlü A.G.-ni yaralayıb hadisə yerindən qaçıblar. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyi bildirir ki, keçirilmiş operativ və istintaq tədbirləri nəticəsində şübhəlilər isti izlərlə saxlanılıb.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci prima hissəsi (qrup şəklində zorakılıq), 225-ci maddə (qrup zorakılığı) və 117-ci maddə (qəsdən ağır bədən xəsarəti yetirmə) ilə aparılır.
mənbə: interpress