Polisi böyük miqdarda narkotik vasitə saxlayan şəxsi saxladı

Samtsxe-Cavaxeti polis idarəsinin əməliyyat və istintaq xidmətlərinin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü M.E. narkotik cinayətində şübhəli bilinərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, şəxsi və yaşayış evinə baxış zamanı böyük miqdarda narkotik vasitələr – “metadon” tərkibli qranullar, toz halında maddə, həblər və qurudulmuş “marixuana” aşkar edilərək maddi sübut kimi götürülüb.
Əlavə olaraq, elektron tərəzi, yapışqan lentlər və pul vəsaiti də maddi sübut kimi ələ keçirilib.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 273-ci maddənin 2-ci hissəsi ilə aparılır. Bu maddələrlə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.
mənbə: interpress