Parlament binasında təhlükəsizlik səviyyəsi “sarı səviyyə” tətbiq olunacaq

Jun 27, 2025 - 11:32
 0  17
Parlament binasında təhlükəsizlik səviyyəsi “sarı səviyyə” tətbiq olunacaq

27 iyun tarixində baş nazirin hökumət proqramının icrası barədə hesabatla çıxış edəcəyi gün parlament binasında təhlükəsizliyin “sarı səviyyəsi” tətbiq ediləcək.

Bu barədə Gürcüstan Parlamentinin yaydığı məlumatında qeyd olunub.

Parlamentin verdiyi açıqlamada qeyd olunur ki, həmin gün parlament binasına ziyarətçilərin daxil olması məhdudlaşdırılacaq. Yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət edilmiş şəxslər planlaşdırılan tədbirlərə (komitə və plenar iclaslar daxil olmaqla) buraxılacaqlar.

Bununla yanaşı, televiziya yayımçıları və media qurumları binaya yalnız hər yayımçıdan maksimum üç akkreditə olunmuş çəkiliş qrupu ilə daxil ola biləcəklər. Qaydalar parlament tədbirləri başa çatana qədər qüvvədə olacaq.

Parlamentin açıqlamasında bildirilib ki, bu qərar parlament binasında iş və təhlükəsiz mühitin təmin olunması məqsədi daşıyır.

mənbə: interpress