Gürcüstanda yanacaq bahalaşıb

Jun 27, 2025 - 11:38
 0  17
Gürcüstanda yanacaq bahalaşıb

Gürcüstanda yanacağın qiyməti artıb və bu dəyişikliklər həftə ərzində mərhələli şəkildə bir sıra brend yanacaqdoldurma məntəqələrində əks olunub.

Qiymət artımı əsasən 23 iyundan başlayıb və indiyədək 5–10 tetri aralığında olub.

Hazırda əsas brend yanacaqdoldurma məntəqələrində qiymətlər belədir:

Gulf (təxminən 10 tetri artıb):

  • G-Force Super – 3.47 lari
  • G-Force Premium – 3.07 lari
  • G-Force Euro Regular – 2.97 lari
  • Euro Regular – 2.87 lari
  • G-Force Euro Dizel – 3.03 lari
  • Euro Dizel – 2.93 lari

Wissol (6–7 tetri artıb):

  • Eko Super – 3.45 lari
  • Eko Premium – 3.03 lari
  • Eko Dizel – 2.98 lari
  • Euro Dizel – 2.90 lari
  • Euro Regular – 2.85 lari
  • Dizel Energy – 2.85 lari

Socar (5–10 tetri artıb):

  • Nano Super – 3.45 lari
  • Nano Premium – 3.05 lari
  • Nano Euro Regular – 2.85 lari
  • Euro 5 Dizel – 2.87 lari
  • Nano Euro 5 Dizel – 2.99 lari

Rompetrol (qiymət dəyişməyib):

  • Efix Super – 3.45 lari
  • Efix Euro Premium – 3.03 lari
  • Euro Regular – 2.77 lari
  • Efix Euro Dizel – 2.96 lari
  • Euro Dizel – 2.86 lari

Portal (qiymət dəyişməyib):

  • Super – 2.99 lari
  • Premium – 2.74 lari
  • Euro Regular – 2.54 lari
  • Euro Dizel – 2.74 lari
  • Effektiv Dizel – 2.54 lari

Beynəlxalq qiymətlərdə vəziyyət:
Son bir həftədə həm Brent, həm də WTI markalı xam neftin qiyməti təxminən 10 dollar ucuzlaşıb. Tbilisi vaxtı ilə saat 10:00-a olan məlumata görə, Brent-in bir barreli 68.14 dollar, ABŞ xam nefti isə 65.64 dollardır.

Qeyd edək ki, son həftələrdə qlobal bazarlarda xam neftin qiyməti əsasən İsrail və İran arasında gərginlik səbəbindən artmışdı. Lakin hazırda beynəlxalq bazarlarda "qara qızıl"ın qiymətində azalma müşahidə olunur.

mənbə: interpress