Gürcüstan humanitar dəstək çərçivəsində Ukraynaya generator göndərir

Oct 31, 2025 - 13:36
 0  7
Gürcüstan humanitar dəstək çərçivəsində Ukraynaya generator göndərir

Gürcüstan hökuməti Ukraynaya humanitar dəstək çərçivəsində generatorlar göndərir.

Bununla bağlı Baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncam bu gün keçirilən hökumət iclasında təsdiqlənib.

Sənədə əsasən, Gürcüstan Enerji İnkişafı Fondu Ukraynaya çatdırılması üçün 1,5 milyon lari dəyərində müxtəlif növ generatorlar alacaq. Generatorlar Ukraynada kritik infrastrukturun və əhalinin enerji təminatına dəstək məqsədilə göndəriləcək.

Rəsmi məlumata görə, bu addım Gürcüstanın Ukraynaya humanitar dəstək proqramının bir hissəsidir.

mənbə: report