Tbilisidə xarici ölkə vətəndaşı qətlə yetirilib

Apr 24, 2026 - 11:05
 0  47
Tbilisidə xarici ölkə vətəndaşı qətlə yetirilib

Gürcüstanın paytaxtı Tbilisidə mənzillərdən birində ağır cinayət törədilib. 36 yaşlı xarici ölkə vətəndaşı soyuq silahla yetirilən xəsarətlər nəticəsində dünyasını dəyişib.

 Xeber.ge xəbər verir ki, Tbilisidə qəsdən adam öldürmə ittihamı ilə 2000-ci il təvəllüdlü İ.E. saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidəki mənzillərdən birində xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü İ.Q.-ya kəsici-deşici alətlə ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Hadisədən bir neçə saat sonra İ.E. könüllü olaraq polisə gəlib. O, cinayəti törətdiyini etiraf edib və qətl hadisəsində istifadə etdiyi silahı (bıçağı) hüquq-mühafizə orqanlarına təqdim edib. Müvafiq istintaq hərəkətlərindən sonra o, şübhəli şəxs qismində həbs olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.