Tbilisidə soyğunçuluq edən 4 yeniyetmə saxlanılıb-VİDEO

Apr 24, 2026 - 11:10
Apr 24, 2026 - 16:07
 0  16
Tbilisidə  soyğunçuluq edən 4 yeniyetmə saxlanılıb-VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə market və apteklərə qarşı silsilə soyğunçuluq və oğurluq faktları törədən 4 azyaşlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 Xeber.ge xəbər verir ki, əməliyyat Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

İstintaq zamanı müəyyən edilib ki, yeniyetmələr qabaqcadan əlbir olaraq qrup halında Tbilisidə yerləşən müxtəlif ərzaq mağazalarına və aptek şəbəkələrinə hücum ediblər. Onlar bu obyektlərdən müxtəlif növ məhsullar və nağd pul vəsaitləri mənimsəyiblər. Ümumilikdə ticarət obyektlərinə 30 000 lari (təxminən 11 000 dollar) məbləğində maddi ziyan dəyib.

İstintaq materiallarına əsasən, saxlanılan şəxslərdən biri taksi sürücüsünə qarşı zorakılıq tətbiq edərək onu qarət edib. Yeniyetmə sürücünün şəxsi əşyaları ilə yanaşı, bank kartlarını da ələ keçirib və sonradan həmin kartlarla müxtəlif mağazalarda ödənişlər edərək qanunsuz gəlir əldə edib.

Hər dörd yeniyetmə məhkəmə qərarı əsasında şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci (Soyğunçuluq), 177-ci (Oğurluq) və 286-cı (prima) (Kompüter məlumatlarına qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxsləri 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.