Yaşlı cütlüyü bıçaqla hədələyib evlərini əlindən almaq istəyən şəxs tutulub
Gürcüstanın Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində yaşlı cütlüyə qarşı quldurluq və hədə-qorxu ilə tələb etmə faktı üzrə bir nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Ambrolauri bələdiyyəsinin kəndlərindən birində qonaq olduğu zaman 1941-ci il təvəllüdlü C.D.-yə və onun həyat yoldaşına soyuq silahla hədə-qorxu gəlib. O, yaşlı cütlükdən nağd pul vermələrini və adlarına olan mənzili onun adına sənədləşdirmələrini tələb edib.
Lakin D.N. cinayətkar niyyətini sona çatdıra bilməyərək hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs "isti izlərlə" yaxalanıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (Quldurluq) və 181-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.
Bu maddələr üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.