Bu yolda avtomobillərin hərəkəti qadağan edilib

Nov 24, 2024 - 19:14
 0  37
Bu yolda avtomobillərin hərəkəti qadağan edilib

Respublika əhəmiyyətli avtomobil yolunun Zuqdidi-Cvari-Mestia-Lasdil hissəsində, km 185-km 192 (Uşquli-Lasdil), bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq, km 101-km 184 (Lakhamula-Uşquli) hissəsində qoşqular və yarımqoşquların və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş 22-dən çox oturacaq yeri olan (sürücü oturacağı istisna olmaqla) M3 kateqoriyalı avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.

Qurumun məlumatına görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

"Magistral yolunun Km1-Km100 (Zuqdidi-Lakhamula) hissəsində avtomobillərin hərəkəti sərbəstdir", - məlumatda deyilir.