İsti havada içilməsi məsləhət görülməyən iki növ içki açıqlanıb
İsti havada qəhvə və şirin içkilərin qəbulu orqanizmin daha sürətlə susuzlaşmasına səbəb olur və hipertoniyanın yaranma riskini xeyli artırır.
Xeber.ge xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin həkimləri bu barədə “Takeout” nəşrinə məlumat veriblər.
Mütəxəssislərin sözlərinə görə, kofein yüngül sidikqovucu təsirə malikdir və buna görə orqanizm mayeni daha tez itirir. Yüksək temperatur şəraitində bu hal susuzlaşmanı gücləndirə, günvurma, huşun itməsi və qıcolma riskini artıra bilər.
CDC-də həmçinin isti havada alkoqollu içkilərin, şəkər və natrium miqdarı yüksək olan içkilərin qəbulunu azaltmağı tövsiyə ediblər. Bunlara idman içkiləri və energetiklər daxildir. Alkohol əlavə olaraq mayenin xaric olunmasını sürətləndirir, şirin və duzlu içkilər isə artıq şəkər və duzun bədəndən çıxarılması üçün su sərf olunduğuna görə maye itkisini artıra bilər. Bu isə öz növbəsində arterial təzyiqin yüksəlməsinə və digər sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Mütəxəssislər isti havada ən təhlükəsiz seçim kimi adi suyu göstərirlər. Bildirilir ki, içkinin temperaturu mühüm əhəmiyyət kəsb edir, çünki orqanizm onu istənilən halda daxili temperatura uyğunlaşdırır. Ekspertlər güclü susuzluq hissinin yaranmasını gözləmədən mütəmadi şəkildə su içməyi tövsiyə edirlər.