Döymələr xərçəng riski yarada bilər

Son tədqiqatlar döymə mürəkkəbinin insan sağlamlığına uzunmüddətli təsir göstərdiyini bildirir. Araşdırma döymələrin limfa düyünlərində toplanaraq xərçəng riskini artıra biləcəyini ortaya qoyub.
Xeber.ge xəbər verir ki,
Mütəxəssislər bildirirlər ki, müəyyən mürəkkəb rəngləri potensial təhlükəli maddələr ehtiva edə bilər. Lakin bu əlaqəni tam başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac var. Növbəti mərhələdə alimlər mürəkkəb hissəciklərinin limfa düyünlərinə molekulyar səviyyədə təsirini araşdırmağı planlaşdırırlar.
Araşdırma “BMC Public Health” jurnalında dərc edilib.
mənbə: modern.az