İsrail və Livan arasındakı atəşkəsin müddəti uzadılacaq

Apr 24, 2026 - 13:49
 0  18
İsrail və Livan arasındakı atəşkəsin müddəti uzadılacaq

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasındakı atəşkəsin üç həftə müddətinə uzadılacağını bəyan edib.

Xeber.ge xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" şəbəkəsində bildirib.

"İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq. Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Ağ Evdə qəbul etmək imkanını gözləyirəm", - deyə ABŞ lideri İsrail və Livan səfirlərinin Vaşinqtondakı növbəti məsləhətləşmələrinin yekunlarını şərh edərək yazıb.

mənbə: oxu.az