Tbilisidə mebel mağazasında yanğın baş verib-VİDEO
Gürcüstanın paytaxtı Tbilisidə, Kazbeqi prospektində yanğın qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
Xeber.ge xəbər verir ki,
Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən son məlumata görə, yanğın qısa müddətdə lokallaşdırılıb və hazırda tamamilə söndürülüb . Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda mütəxəssislər yanğının başvermə səbəblərini və mağazaya dəyən ziyanın miqdarını araşdırırlar.