Levan Xabeişvilinin saxlanılmasından sonra müxalifətçi siyasətçi Murtaz Zodelava da saxlanılıb

Dövlət Təhlükəsizlik Xidməti bu gün, sentyabrın 11-də, Vahid Milli Hərəkatın (VMH) lideri Levan Xabeişvili saxlanıldıqdan sonra müxalif siyasətçi Murtaz Zodelavanı da saxlayıb.
Xabeişvili “Formula” telekanalının həyətində, binanın girişində saxlanılıb.
DTX-nin açıqlamasına görə, Xabeişvili saxlanıldığı an yanında olan Zodelavaya mobil telefonunu verib. Bundan sonra Zodelava həmin telefonu gizlətmək üçün qaçmağa cəhd edib.
Həmin vaxt, DTX-nin məlumatına əsasən, Zodelava Antikorrupsiya Agentliyinin əməkdaşlarına fiziki müqavimət göstərib və onlardan birinə zor tətbiq edib.
Siyasətçiyə “ictimai qayda keşikçisinə və ya hakimiyyət nümayəndəsinə müqavimət, hədə və ya zorakılıq göstərmə” ittihamı irəli sürülüb. Murtaz Zodelavanı 2 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
mənbə: marneulifm