Keçmiş müdafiə naziri saxlanıldı

Sep 11, 2025 - 20:18
 0  15
Keçmiş müdafiə naziri saxlanıldı

Keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb.

Müvafiq açıqlamanı bir neçə dəqiqə əvvəl Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

“Aparılmış əməliyyat- istintaq tədbirləri nəticəsində Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze dövlət siyasi vəzifəsini tutan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması faktı üzrə məhkəmənin qərarı əsasında saxlanılıb".

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze öz əməlləri ilə nazirliyə 1 milyon 333 min 728 lari dəyərində maddi ziyan vurub.

mənbə: interpress